"Bədii" Riyaziyyat: Rəqəmlərdəki sirr və gözəllik | Elmi cavab – VIDEO

      "Bədii" Riyaziyyat:    Rəqəmlərdəki sirr və gözəllik    | Elmi cavab – VIDEO
  19 Aprel 2024    Oxunub:2200
“Riyaziyyat” deyəndə çoxumuzun yadına orta məktəbdəki qorxularımız (bir də hazırkı kreditlərimiz) düşür. Halbuki, düzgün öyrədilsə və başa düşülsə, riyaziyyat heç də quru rəqəmlər və anlaşılmaz düsturlar deyil. Onun qəribə gözəlliyi, poetikası, fəlsəfəsi var.
- Hmmm...,- düşünəcəksiniz – Riyaziyyat və poetika? Lap ağ oldu ki!

Riyaziyyatçı, Bakı Mühəndislik Akademiyasının müəllimi Bəhmən Məmmədovla (Qüdsi) söhbət edənə qədər mənə də elə gəlirdi. Biz onunla bu çox qədim elmin rəqəmlərin arxasında gizlənən, düsturlarla yaşmaqlanan üzü barədə danışmışıq.

• Necə olur ki, riyaziyyat Kainatın qanunlarını düsturlara sala bilir?
• Niyə əruz vəzninin bəzi bəhrlərində hələ heç kim heç nə yaza bilməyib?
• İnteqral, törəmə, loqorifma kimi “qəliz” anlayışların nə olduğunu insanlara sadə dildə başa salmaq mümkündürmü?
• Niyə riyaziyyat tamamilə rasional anlayışları irrasional ədədlərlə təsvir edir?


Biz bu sualları qoymuşuq, amma cavab verməyi bacarmışıqmı? Bilmirəm. Amma əminəm ki, riyaziyyat haqqında çətin ki, kimsə Bəhmən müəllimdən daha maraqlı danışa bilərdi.
Baxın, özünüz qərar verin.

Vüsal Məmmədov
AzVision.az




Teqlər: Riyaziyyat   Elmi-Cavab  





Xəbər lenti